Ukraynaya 90 milyard avroluq kreditin ilk ödənişi Budapeştin vetonu götürməsindən sonrakı bir neçə gün ərzində baş verə bilər. Lakin Aİ rəsmiləri mübahisənin yalnız Macarıstandakı seçkilərdən sonra həll edilə biləcəyini etiraf edirlər.
Məlumatı “Euronews” verib.
Avropa Komissiyası kreditin ilk ödənişi üçün texniki və hüquqi çərçivə hazırlayır. Brüssel Ukraynanın müharibədən zərər çəkmiş büdcəsini ağrılı kəsirlərdən xilas etməyə çalışır.
Macarıstanın Baş naziri Viktor Orban maliyyə yardımını əngəlləyir. Budapeşt Rusiyanın zərbələri nəticəsində zədələnmiş Drujba boru kəməri vasitəsilə Rusiya neftinin Avropaya tranziti bərpa olunana qədər veto hüququnu ləğv etməyəcəyini bildirib. Kiyev infrastrukturun ciddi şəkildə zədələndiyini və təmirə ehtiyac duyduğunu iddia edir. Budapeşt iddia edir ki, Ukrayna 12 aprelə təyin olunmuş Macarıstan seçkilərinin nəticələrinə təsir göstərmək üçün kəməri qəsdən bloklayır.
Rəy sorğuları göstərir ki, hazırkı baş nazir gənc rəqibi Peter Magyardan iki rəqəmli faizlə geridə qalır.
Bu arada, Avropa Komissiyası mübahisə həll edildikdən dərhal sonra 90 milyard avroluq kredit üzrə ödənişlərin başlanması üçün bütün lazımi şəraiti yaratmaq niyyətindədir.
P.ƏMİRCANOV
XQ