EN

8 ölkə İsrailin fələstinlilərə qarşı yeni ölüm hökmü qanununuPİSLƏDİ

Səkkiz müsəlman ölkəsi İsrailin ölüm hökmü qanununu sərt qınayıb.

Redaktor.az xəbər verir ki, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri İsrailin fələstinlilərə qarşı ölüm hökmü tətbiqinə imkan verən qanununu sərt şəkildə pisləyən birgə bəyanat yayıb.

Bəyanatda gərginliyin artmasına səbəb ola biləcək tədbirlərdən çəkinməyin vacibliyi vurğulanıb.

Qanun həmçinin Birləşmiş Millətlər Təşkilatı və Avropa Birliyi tərəfindən də pislənib, ABŞ isə İsrailin öz qanunlarını müəyyən etmək üçün suveren hüquqa malik olduğunu qeyd edib.

Qanuna əsasən, ölüm cəzası asılmaqla icra olunacaq və millətçi motivli qətllərdə ittiham olunan Qərb Şəriyəsində yaşayan fələstinlilərə tətbiq ediləcək.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
33
redaktor.az

1Sources