EN

Aprel ZƏFƏRİ: Şanlı qələbənin “açar”ı və “Böyük Qayıdış”ın ilk nəfəsi

Azərbaycanın müasir hərb tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın sarsılmaz iradəsini və ordumuzun sarsıdıcı gücünü dünyaya nümayiş etdirən Aprel döyüşlərindən tam 10 il ötür. 2016-cı ilin həmin tarixi dörd günü sadəcə lokal bir hərbi uğur deyil, onilliklər boyu davam edən “dondurulmuş münaqişə” stereotipini parçalayan, Ermənistanın illərlə təbliğ etdiyi “məğlubedilməz ordusu” mifini darmadağın edən strateji dönüş nöqtəsi idi.

Aprelin 1-dən 2-nə keçən gecə düşmən tərəfindən bütün cəbhə boyu törədilən genişmiqyaslı təxribatlara cavab olaraq başlayan ildırım sürətli əks-həmlə əməliyyatı, Azərbaycan əsgərinin yüksək döyüş ruhunun və ordumuzun ən müasir texnoloji üstünlüyünün sınaq meydanına çevrildi. Bu döyüşlər həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan Azərbaycanın gələcək böyük qələbələrinin təməl daşını qoydu.

Qabil
Qabil Hüseynli

Məsələ ilə bağlı NOCOMMENT.aza danışan politoloq, professor Qabil Hüseynli bildirib ki, Aprel döyüşləri Azərbaycanın hərbi və siyasi arenada öz gücünü yenidən təsdiq etdiyi tarixi bir mərhələdir:

“Aprel döyüşləri Azərbaycan dövlətinin və xalqının işğalla heç vaxt barışmayacağının ən sərt və konkret mesajı idi. Biz sübut etdik ki, beynəlxalq birliyin və ATƏT-in Minsk qrupu kimi vasitəçilərin illərlə həll edə bilmədiyi, status-kvonu qorumağa yönəlmiş düyünü Azərbaycan ordusu öz gücü ilə bir neçə saata aça bilər. Aprel döyüşləri zamanı tətbiq olunan hərbi taktika, xüsusi təyinatlı qüvvələrimizin qəhrəmanlığı və strateji həmlələr göstərdi ki, Azərbaycan artıq regionun ən müasir ordusuna sahibdir və öz taleyini özü həll etməyə qadirdir”.

Onun sözlərinə görə, bu zəfər 2020-ci ilin 44 günlük Vətən Müharibəsinə gedən yolun əsas “açar”ı və baş məşqi rolunu oynadı:

“Məhz Aprel zəfəri xalqımızda illərdir toplanmış o böyük inamı bərpa etdi və 44 günlük müharibənin mənəvi-psixoloji təməlini qoydu. Əgər Aprel döyüşləri olmasaydı, bəlkə də düşmənin ‘keçilməz’ adlandırdığı müdafiə xətlərinin zəif tərəflərini, Ermənistan hərbi rəhbərliyinin taktiki səhvlərini bu qədər dəqiq öyrənə bilməzdik. Lələtəpənin azad olunması Şuşaya, Kəlbəcərə və bütün Qarabağa gedən zəfər yolunun ilk və ən vacib addımı idi. Aprel döyüşləri zamanı Azərbaycan ilk dəfə yüksək dəqiqlikli silahlardan, o cümlədən pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək düşmənin hərbi texnika və canlı qüvvəsini iflic vəziyyətinə saldı. Bu, hərb elmində yeni bir səhifə idi. Bu gün biz o döyüşlərdən 10 il sonra artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş bir ölkənin vətəndaşlarıyıqsa, bunun kökündə məhz həmin dörd günlük qəhrəmanlıq, Lələtəpə və Talış yüksəkliklərində verilən canlar dayanır”.

Professor Qabil Hüseynli əlavə edib ki, Aprel döyüşləri həm də Ermənistanın daxilindəki siyasi böhranı tətiklədi:

“Döyüş meydanında alınan rüsvayçı məğlubiyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini ifşa etdi. Serj Sərkisyan rejiminin ‘güclü ordu’ yalanı iflasa uğradı və bu, gələcəkdə Ermənistanda baş verəcək daxili çəkişmələrin, hakimiyyət dəyişikliyinin əsas səbəblərindən biri oldu. Azərbaycan isə əksinə, bu döyüşlərdən daha güclü, daha təcrübəli və gələcək Zəfərin xəritəsini cızmış bir dövlət kimi çıxdı. Şəhidlərimizin qanı bahasına azad edilən hər qarış torpaq bizim üçün müqəddəsdir və Aprel döyüşləri bu müqəddəs mübarizənin ən parlaq səhifələrindən biridir”.

Tunar
NOCOMMENT.az

Chosen
55
50
nocomment.az

10Sources