Türkiyənin xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Yohann Vadeful ilə telefonla regiondakı hərbi vəziyyəti müzakirə edib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, “xarici işlər naziri Hakan Fidan aprelin 2-də Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə telefon danışığı aparıb. İki ölkə arasında ikitərəfli münasibətlər, regiondakı mövcud vəziyyət və müharibəyə son qoymaq səyləri müzakirə edilib”.
Aminə ŞAHSUVARQIZI