EN

Behi alıb yoxa çıxan şəxsin görüntüləri yayıldı FOTO

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sosial şəbəkələrdə avtomobil alqı-satqısı ilə məşğul olan qruplarda yeni dələduzluq halı ilə bağlı ciddi xəbərdarlıq yayılıb. Demokrat.az-ın xəbərinə görə, ssenari çox vaxt eyni silsilə ilə davam edir. Dələduz müxtəlif elan saytlarına və qruplara real bazar qiymətindən xeyli aşağı məbləğə qəzalı maşın elanları yerləşdirir. Qiymətin ucuz olması və təcili satış təəssüratının yaradılması potensial alıcıların diqqətini dərhal cəlb edir. Maraqlanan şəxslərlə əlaqə yaradan həmin şəxs maşının hazırda başqa bir müştəri tərəfindən istənilməsini və ya uzaq rayonda olduğunu bəhanə gətirərək təcili beh tələb edir.Vətəndaşlar qeyd edirlər ki, qarşı tərəf inandırıcılıq qabiliyyətindən peşəkarcasına istifadə edir. O, müştərilərə maşının texniki vəziyyəti haqqında yalan məlumatlar verir və pulu alan kimi nömrəni bloklayaraq yoxa çıxır. Artıq bir neçə nəfərin eyni üsulla mənimsənilən vəsaitinin geri qaytarılması üçün hərəkətə keçdiyi bildirilir.Zərərçəkmiş şəxslər ehtiyatsızlıq edən digər sürücüləri qorumaq məqsədilə dələduzluqda şübhəli bilinən şəxsin səs yazılarını və görüntülərini ictimailəşdiriblər.onra isə həmin şəxslə əlaqə saxlamaq mümkün olmur. Zərərçəkmişlər dələduzluqda ittiham olunan şəxsin səs yazılarını və görüntülərini paylaşaraq digər sürücüləri ehtiyatlı olmağa çağırıblar.Hadisə ilə bağlı DİN-ə müraciət ünvanlandıq. Saytımızda bildirildi ki, hazırda onun kimliyi araşdırılır.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
demokrat.az

1Sources