EN

Vətən müharibəsi veteranlarına fasiləsiz dəstək - Səhiyyə Nazirliyinin “Çağrı Mərkəzi” 3 il fəaliyyətdə (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müharibəveteranları və şəhid ailələrinə psixoloji yardım və tibbireabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyətəbaşlamasının 3 ili tamam olur.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara vəşəhid ailələrinə dövlət qayğısının mühüm tərkib hissəsi olan buxidmət 1 aprel 2023-cü il tarixindən fəaliyyət göstərir. “ÇağrıMərkəzi” müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilənpsixoloji yardım və tibbi reabilitasiya xidmətlərinin vahidplatformadan koordinasiyası, bu kateqoriyadan olan vətəndaşlarlaproaktiv işin təşkili, onların sağlamlığının qorunması və sosialrifahının yaxşılaşdırılması məqsədilə yaradılıb.

Fəaliyyət göstərdiyi 3 il ərzində “Çağrı Mərkəzi” vasitəsiləmüharibə iştirakçıları və şəhid ailələrindən daxil olan ümumilikdə148 971 müraciət cavablandırılıb. Bunlardan 28 244-ü birbaşa daxilolan zənglər, 120 727-si isə proaktiv əlaqələrdir. Bu isə, Vətənmüharibəsi iştirakçılarına göstərilən tibbi və psixolojixidmətlərin davamlı və sistemli şəkildə həyata keçirildiyininümayiş etdirir.

Birbaşa daxil olan müraciətlərin 9 675-i Bakı-Sumqayıt və Şimalbölgəsi, 12 240-ı Qərb bölgəsi, 124-ü Naxçıvan Muxtar Respublikası,2 221-i Mərkəzi Aran, 3 984-ü isə Cənub bölgəsinin payınadüşür.

Eyni zamanda, “Çağrı Mərkəzi” tərəfindən həyata keçirilənproaktiv zənglərin 43 717-si Bakı-Sumqayıt və Şimal bölgəsi, 50506-sı Qərb bölgəsi, 51-i Naxçıvan Muxtar Respublikası, 9 876-sıMərkəzi Aran, 16 577-si isə Cənub bölgəsi üzrə qeydə alınıb.Proaktiv zənglər vasitəsilə müharibə iştirakçıları və şəhidailələrinin ehtiyacları mütəmadi öyrənilir və onlara vaxtındadəstək göstərilir.

Hesabat dövründə psixoloji yardım ilə bağlı 3 528 müraciətSəhiyyə Nazirliyinin ixtisaslaşmış qurumlarına yönləndirilib.Bununla yanaşı, psixiatrik müayinə və müalicə ilə bağlı 3 481müraciət daxil olub.

Reabilitasiya xidmətləri çərçivəsində ümumilikdə, 3 687 müraciətaidiyyəti tibb müəssisələrinə yönləndirilib. Onlardan, 2 799-uSanator-Kurort Reabilitasiya Mərkəzinə, 561-i Elmi-Tədqiqat TibbiBərpa İnstitutuna, 294-ü Göygöl Kardiorevmatoloji Sanatoriyasınagöndərilib. Eyni zamanda, 33 şəhid övladı Respublika UşaqSanatoriyasında müalicə almaq üçün yönləndirilib.

Fəaliyyət dövründə “Çağrı Mərkəzi”nə 1 411 təşəkkür zəngi daxilolub ki, bu da göstərilən xidmətlərin vətəndaşlar tərəfindən yüksəkqiymətləndirildiyini nümayiş etdirir.

Qeyd edək ki, 9109 “Çağrı Mərkəzi” həftənin bütün günləri, günün24 saatı fasiləsiz fəaliyyət göstərir və daxil olan müraciətlərinoperativ şəkildə cavablandırılmasını təmin edir. Bu xidmət Vətənmüharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən davamlıdövlət qayğısının mühüm nümunəsidir.

Vətən
Vətən
Vətən
Vətən
Vətən
Chosen
31
7
az.trend.az

8Sources