EN

Bred Kuper: İranın hava hücumundan müdafiə sistemlərinin böyük hissəsi sıradan çıxarılıb

ABŞ İranın hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemlərinin əhəmiyyətli hissəsini məhv edib.

"Far.Az" ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi səhifəsinə istinadən xəbər verir ki, bunu CENTCOM-un rəhbəri Bred Kuper bəyan edib.

Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı əməliyyatının beş həftəsi ərzində Vaşinqton nəzərəçarpan irəliləyişə nail olub:

"İndi, əməliyyatın beşinci həftəsində biz danılmaz irəliləyişə nail oluruq. Onların donanmasının üzdüyünü görmürük. Biz onların təyyarələrinin uçduğunu görmürük, hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri isə xeyli hissəsi məhv edilib".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb, nəticədə İranın Ali Lideri Ayətullah Əli Xamenei və bir neçə yüksək vəzifəli məmur öldürülüb. İran buna cavab olaraq İsrailə, eləcə də ABŞ və müttəfiqlərinin hərbi bazalarını yerləşdirən ölkələrdəki - Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirib.

Chosen
59
49
far.az

10Sources