EN

Moskva və Kiyev əks-hücumlara başladılar - Ölən və yaralananlar var

Rusiya və Ukrayna gecə ərzində hər iki tərəfdən ümumilikdə 147 dronun vurulduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə BBC Rus Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, kütləvi dron hücumu Ukraynanın yeddi bölgəsində elektrik kəsintilərinə səbəb olub. Dnepropetrovsk vilayətində inzibati bina və ticarət mərkəzi yanıb, yaşayış evlərinə ziyan dəyib, bir nəfər ölüb, iki nəfər yaralanıb. Xarkov vilayətində gecə partlayışlar baş verib, bir nəfər həlak olub, dörd nəfər yaralanıb. Xersonda isə Rusiya zərbələri nəticəsində üç nəfər xəsarət alıb.

Qeyd olunub ki, Ukrayna qüvvələri də Rusiyada bir sıra hədəflərə zərbələr endirib. Ufada pilotsuz təyyarə yaşayış binasına düşsə də, tələfat olmayıb. Eyni zamanda, neft emalı zavodlarına zərbə endirilib və sənaye zonasında yanğın baş verib.

Məlumata görə, “Qazprom” şirkəti Krasnodar ərazisində yerləşən “Türk axını” qaz kəmərinin kompressor stansiyalarından birinə edilən hücumun qarşısının alındığını bildirib.

Daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ nümayəndələri ilə görüşünün təfərrüatlarını açıqlayaraq müzakirələri müsbət qiymətləndirib və yaxın günlərdə təhlükəsizlik zəmanətləri ilə bağlı sənəd üzərində işin davam etdiriləcəyini bildirib.

Aminə ŞAHSUVARQIZI

Chosen
19
1
redaktor.az

2Sources