EN

Paşinyan Ermənistanın KTMT də iştirakını bitmiş məsələ adlandırıb

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin KTMT-də iştirakının davam etdirilməsi məsələsini bitmiş hesab etdiyini və əvvəlki formata qayıtmaq üçün real perspektiv görmədiyini bildirib.

525.az xəbər verir ki, bu barədə o, hökumət iclasından sonra keçirilən brifinqdə deyib.

"2021 və 2022-ci illər var idi, amma biz bu nöqtədə əbədi olaraq ilişib qalmamalıyıq. Münasibətlərimizin geniş gündəliyi və əhəmiyyətli potensialı var və biz irəliləməliyik. Bu məsələlərdə hər kəsin öz həqiqəti var, amma biz sonsuza qədər eyni mövzulara qayıtmamalıyıq", - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, bu cür müzakirələrə ehtiyac əvvəllər də mövcud idi, lakin tərəflər artıq mövqelərini bölüşüb, nəticələr çıxarıb və onları "qarşılıqlı hörmət atmosferində" bir-birlərinə təqdim ediblər.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
525.az

1Sources