EN

KİV: Ukraynanın zərbələri nəticəsində Rusiyanın neft ixracı nəzərə çarpacaq dərəcədə azalıb

Ukraynanın zərbələri nəticəsində Rusiyanın neft ixracı nəzərə çarpacaq dərəcədə azalıb.

Bu barədə Moderator.az mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ukraynanın Rusiyanın liman infrastrukturu, boru kəmərləri və neft emalı zavodlarına endirdiyi zərbələr Moskvanın neft ixrac imkanlarını gündə 1 milyon barel, yəni ümumi ixrac gücün təxminən beşdə biri qədər azaltmaqla neft hasilatının ciddi ixtisarına gətirəcək.

Bildirilir ki, dünyanın ikinci ən böyük neft ixracatçısı olan Rusiyada hasilatın azalması artıq Yaxın Şərqdəki münaqişə səbəbindən görünməmiş təchizat pozuntuları ilə sarsılmış qlobal neft bazarına əlavə təzyiq göstərəcək.

Chosen
9
5
moderator.az

6Sources