EN

Əfqan Cəlilov donanma rəisini işdən çıxardı

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) Qapalı Səhmdar Cəmiyyətində daha bir kadr dəyişikliyi olub.

Ölkə.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı ASCO-nun sədri Əfqan Cəlilov əmr imzalayıb.

Əmrə əsasən, Xəzər Dəniz Neft Donanmasının rəisi Taqət Allahqulu oğlu Qurbanov işdən azad edilib.

ASCO-dan bildirilib ki, Taqət Qurbanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, təqaüd yaşına çatması ilə əlaqədar öz ərizəsi əsasında vəzifəsindən ayrılıb.

Hazırda bu vəzifəyə təyinat yoxdur.

Xatırladaq ki, Əfqan Cəlilov yanvar ayında ASCO-nun rəhbəri təyin edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
10
olke.az

10Sources