EN

UEFA dan sərt xəbərdarlıq: Avropa çempionatı İtaliyada keçirilməyə bilər

ain.az bildirir, Moderator.az portalına istinadən.

"İtaliya hökuməti idman infrastrukturunun müasirləşdirilməsi ilə bağlı mövcud problemi həll etməsə, ölkə 2032-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək hüququnu itirə bilər".

Moderator.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, bu bəyanatla Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin çıxış edib.

"2032-ci ildə Avropa çempionatı İtaliyada keçirilməlidir, lakin oradakı stadionlarla bağlı vəziyyəti "mürəkkəb" sözündən başqa heç nə ilə ifadə etmək mümkün deyil. İtaliyanın siyasi liderləri yəqin ki, ölkədəki futbol infrastrukturunun nə üçün Avropada ən pis vəziyyətdə olanlar sırasında yer alması barədə özlərinə sual verməlidirlər. Avro-2032 planlaşdırılıb və baş tutacaq. Ümid edirəm ki, infrastruktur onadək yenilənəcək. Əks təqdirdə, turnir İtaliyada keçirilməyəcək", - deyə Çeferin qeyd edib.

Qeyd edək ki, 2032-ci il Avropa çempionatının İtaliya ilə yanaşı, Türkiyədə də keçirilməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
1
moderator.az

2Sources