EN

Elza meyxana dinləyənləri qınadı - Onlar mütləq boşanacaq

“Əgər bir insan səhər tezdən yuxudan oyanıb meyxanaya qulaq asırsa, onun nə həyat tərzi ola bilər?! Bir qızın oğlunuzla musiqi zövqü uyğun gəlmirsə, niyə alırsınız?! Belə olan halda onlar mütləq boşanacaqlar”.

“Yeni Sabah” xəbər verir ki, bunu “Öz aramızda” verilişində Əməkdar artist Elza Seyidcahan deyib.

Onun sözlərinə görə, hər ailədə uşaqlar musiqi təhsili almalıdır:

“Əvvəl insanları geyimlə qarşılayıb, ağılla yola salırdılarsa, indi bunu musiqi dinləməsinə uyğun etməlidirlər. Musiqi ruh deməkdir. Əgər onu duymasan, insanları necə yaşada bilərsən? Bütün bunlar şərtdir. Musiqi beşikdən gələn bir şeydir. Hər bir ailədə bütün uşaqların musiqi və idman təhsili olmalıdır. Bunlar vacibdən də vacibdir”.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
13
yenisabah.az

1Sources