EN

Xəstəxanaya yerləşdirilən “Qalatasaray”ın qapıçısı derbi matçını buraxacaq

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 aprel, AZƏRTAC

Türkiyə millisinin və “Qalatasaray” komandasının qapıçısı Uğurcan Çakır Superliqanın XXVIII turunda “Trabzonspor” ilə keçiriləcək derbi matçını buraxacaq.

AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, 29 yaşlı qolkiperin dünya çempionatının Avropa zonası üzrə pley-off finalında Kosova ilə (1:0) görüşdən sonra infeksiya səbəbindən vəziyyəti pisləşib.

Qapıçının xəstəxanaya yerləşdirildiyi və müalicəsinə davam etdiyi bildirilib.

Qeyd edək ki, bu mövsüm İstanbul klubunda 36 oyuna çıxan Uğurcan Çakır 35 qol buraxıb, 14 matçda isə qapısını toxunulmaz saxlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
70
25
azertag.az

10Sources