EN

Niyazi Bayramov vətəndaşlarla görüşdü FOTOLAR

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Peşə Hazırlığı Mərkəzində növbəti vətəndaş qəbulu keçirib.

Globalinfo.az xəbər verir ki, qəbulda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Sakinlərin müraciətlərini dinləyən Niyazi Bayramov işlə təminat, maddi yardımın göstərilməsi və digər sosial məsələlərlə bağlı qaldırılan problemlərə münasibət bildirib.

Şəhər rəhbəri səsləndirilən müraciətlərin operativ həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
55
2
globalinfo.az

10Sources