Ses qazeti saytından alınan məlumata görə, ain.az bildirir.
Siyasi fəaliyyəti dövründə AXCP sədri Əli Kərimlinin qərəzli təbliğatına və xaricdən ayrılan maliyyə yardımlarına aldanan Milli Şuranın üzvü Tofiq Yaqublu ardıcıl olaraq təxribatlar törətməyə cəhdlər göstərib. Bu cür əməllərinə göz yumulsa da, dələduzluq yolu ilə cibini doldurmaq cəhdi cavabsız qalmayıb. Nəticədə, qeyri-qanunu fəaliyyətinə görə Tofiq Yaqublu həbs edilib. Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.İstintaqın gedişatında Elnur Məmmədov (Vaqifoğlu) təqsirləndirilən şəxs qismində cəlb edilib.Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ondan istifadə) maddələri ilə ittiham verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Tofiq Yaqublu 9 il, onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlamışdı. Tofiq Yaqublu vəkili vasitəsi ilə hökmdən Ali Məhkəməyə kassasiya şikayəti edib. Aprelin 2-də Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
İLHAM
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.