EN

Ədliyyə naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Ədliyyə naziri Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində sayca beşinci müsabiqənin qalibləri Məmməd Balacanov və Ramil Hüseynzadə ilə görüşüb.

Nazirlikdən XQ-yə verilən məlumata görə, Fərid Əhmədov qalibləri müsabiqədə əldə etdikləri uğur münasibətilə təbrik edib, müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb.

Nazir qaliblərin peşəkar inkişafına dəstək məqsədilə öz təcrübəsini bölüşüb, onlara gələcək fəaliyyətlərində faydalı olacaq tövsiyələr verib. Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin potensiallı kadrların üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb və dövlət idarəçiliyinə töhfə verməsi baxımından mühüm təşəbbüs olduğunu qeyd edib.

Nazir qaliblərin fikirlərini dinləyib, mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edib, birillik fərdi inkişaf planının icrasından bəhs edib. Görüşdə həmçinin vurğulanıb ki, qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Ədliyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılacaq.

Qaliblər Mentorluq Proqramının onların idarəetmə bacarıqlarının formalaşmasına mühüm töhfə verdiyini bildirib, bu çərçivədə əldə etdikləri bilik və təcrübənin praktiki baxımdan əhəmiyyətini vurğulayıblar.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqə qalibləri bir il müddətində mentor dəstəyi ilə fərdi inkişaf planı əsasında fəaliyyət göstərir və 20 min manat məbləğində mükafat əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Chosen
23
14
xalqqazeti.az

10Sources