EN

AFFA “Eyeball”la əməkdaşlığa başladı FOTO

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

AFFA ilə “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

İdman.Biz xəbər verir ki, imzalanma mərasimi Wyndham Garden otelində baş tutub.

Tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, “Eyeball”ın direktoru Manfred Lerley, qurumların əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Çıxış edən Cahangir Fərəcullayev bu əməkdaşlığı Azərbaycan futbolu üçün mühüm və perspektivli addım kimi dəyərləndirib. O bildirib ki, müqavilə xüsusilə uşaq və gənclər liqalarında çıxış edən klubların fəaliyyətinə müsbət təsir göstərəcək, həmçinin məşqçilər və skautların futbolçular barədə daha geniş məlumat əldə etməsinə imkan yaradacaq.

Manfred Lerley isə “Eyeball” şirkətinin fəaliyyəti barədə məlumat verərək, bu əməkdaşlığın Azərbaycan futboluna ciddi töhfə verəcəyinə inandığını vurğulayıb. O qeyd edib ki, əsas məqsədlərdən biri perspektivli futbolçuların üzə çıxarılmasıdır.

Çıxışlardan sonra tərəflər arasında müqavilə imzalanıb, daha sonra AFFA tərəfindən “Eyeball” şirkətinə xatirə hədiyyəsi təqdim olunub.

Sonda keçirilən mətbuat konfransında jurnalistlərin sualları cavablandırılıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
icma.az

1Sources