"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) Qapalı Səhmdar Cəmiyyətində daha bir kadr dəyişikliyi olub.
Bizim.Media "Unikal.az"a istinadla xəbər verir ki, bununla bağlı ASCO-nun sədri Əfqan Cəlilov əmr imzalayıb.
Əmrə əsasən, Xəzər Dəniz Neft Donanmasının rəisi Taqət Allahqulu oğlu Qurbanov işdən azad edilib.
ASCO-dan bildirilib ki, Taqət Qurbanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, təqaüd yaşına çatması ilə əlaqədar öz ərizəsi əsasında vəzifəsindən ayrılıb.
Hazırda bu vəzifəyə təyinat yoxdur.
Bizim.Media