EN

Beyləqanda qəza - Xəsarət alanlar var

Beyləqanda minik maşını aşıb, 2 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Birinci Şahsevən kəndi ərazisində baş verib.

Hərəkətdə olan "Niva" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə rayon sakinləri 1977-ci il təvəllüdlü Qurbanov İlham Mütəllim oğlu və 1986-cı il təvəllüdlü Quliyev Müslüm Maşallah oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb./Teleqraf

Chosen
6
1
bakivaxti.az

2Sources