EN

Manatın nominal və real effektiv məzənnəsi azalıb

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycan manatının xarici valyutalaranisbətən ümumi nominal effektiv məzənnəsi 101,8 faiz bəndi təşkiledib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, bu, aylıq ifadədə 0,6 faiz bəndi, ötən ilineyni dövrü ilə müqayisədə isə 6,9 faiz bəndi azdır.

Eyni zamanda, cari ilin martın 1-nə manatın qeyri-neft sektoruüzrə nominal efektiv məzənnəsi isə 172,9 faiz bəndi təşkil edib ki,bu da aylıq müqayisədə 1 faiz bəndi çox, ötən ilin eyni dövrü iləmüqayisədə isə 7,9 faiz bəndi azdır.

Bundan başqa, 2026-cı ilin martın 1-nə manatın ümumi realeffektiv məzənnəsi 115,8 faiz bəndi təşkil edib. Bu, aylıqmüqayisədə 1 faiz bəndi, illik müqayisədə isə 8,8 faiz bəndiazdır.

Həmçinin hesabat dövründə manatın qeyri-neft sektoru üzrə realeffektiv məzənnəsi 111,2 faiz bəndinə bərabər olub ki, bu da aylıqifadədə 1,1 faiz bəndi, illik ifadədə isə 7,8 faiz bəndi azdır.

Məqalədə:
Chosen
48
1
az.trend.az

2Sources