EN

Beyləqanda “yarışan” avtomobillər qəza törətdi – Yaralıların SON DURUMU

Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Xəqani Quliyevə məxsus "Hyundai" markalı avtomobil digər avtomobillə ötmə əməliyyatı edən zaman idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü və digər şəxslər yaralanıb. Yaralananlardan 2009-cu il təvəllüdlü Rüstəmzadə Ömər Qədir oğlu və yaşıdı 2009-cu il təvəllüdlü Əliyev Nahid Rüstəm oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hər ikisi əməliyyat olunub, hal-hazırda reanimasiyadadırlar.

Vəziyyətləri kritik olan digər iki yaralı isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Chosen
8
1
bizim.media

2Sources