ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Neftçalada əkin sahələrinə subsidiyaların verilməsi ilə bağlı monitorinqlər davam etdirilir.
Bu barədə Qaynarinfo-ya Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) rəhbəri Miradil Əhmədli bildirib.
Onun sözlərinə görə, örüş torpaqlarına subsidiyaların ayrılması ilə bağlı iddialar əsassızdır: "Bu barədə məlumat dərc olunmuşdu. Lakin həmin iddialar əsassızdır. Hazırda monitorinqlər aparılır və hər hansı fakt ortaya çıxıdığı təqdirdə lazımi tədbirlər görülür".
Bundan əvvəl dərc etdiyimiz məlumatda Neftçalada örüş torpaqlarına subsidiyalar ayrılması vurğulanırdı. Rayon sakinlərindən əldə etdiyimiz məlumatda bildirilirdi ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə (KTN) müraciətdən sonra monitorinqlərə başlanılıb və Neftçala rayon DAİM-in baş məsləhətçisi Nuruş Həsənliyə töhmət verilib.
Əldə etdiyimiz yeni məlumata görə isə töhmət alan yalnız Nuruş Həsənli olmayıb. Neftşala rayon DAİM-in hüquüşünası Elşad Möhnətova töhmət verildiyi bildirilir.
Seyid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.