EN

İranda Yaxın Şərqin ən hündür körpüsü dağıdıldı - FOTO

İranın Kərəc şəhərində ABŞ və İsrailin endirdiyi hava zərbəsi nəticəsində B1 körpüsü vurulub.

Bizim.Media xəbər verir ki, İranın Fars agentliyinin yaydığı məlumata görə, bu körpü “Yaxın Şərqin ən hündür körpüsü” kimi tanınırdı. Hücum zamanı bir neçə nəfərin yaralandığı bildirilir.

Bu barədə Al Jazeera-nın canlı yayım yeniləmələrində də Fars-a istinadla məlumat verilib.

Zərbə Tehrandan Kərəcə gedən magistral xətt üzərində yerləşən körpüyə endirilib.

Hadisədən sonra Kərəcin bəzi rayonlarında elektrik enerjisinin kəsildiyi də qeyd olunur.

Eyni vaxtda Tehranın qərb hissəsində də partlayışların baş verdiyi bildirilir.






Bizim.Media

Chosen
17
bizim.media

1Sources