EN

Rusiyanın daha bir generalı ölüb

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyada “An-26” tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlər arasında Şimal donanmasının qarışıq aviasiya korpusunun komandiri, eyni zamanda Şimal donanmasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə üzrə 45-ci ordusunun keçmiş komandanı, general-leytenant Aleksandr Otroşçenko da olub.Modern.az xəbər verir ki, yerli KİV-ə istinadən xəbər verir ki, qəzada həmçinin Şimal donanmasının qərargahında xidmət edən 6 zabitin də həlak olduğu bildirilir. Onların Severomorsk şəhərində yerləşən hərbi hissədə (v/h 45625) xidmət etdikləri qeyd olunur.Hadisənin başvermə səbəbləri hələ də araşdırılır.

Qeyd edək ki, Rusiyanın “An-26” hərbi-nəqliyyat təyyarəsi martin 31-i qəzaya uğrayıb, nəticədə 23 sərnişin və 6 heyət üzvü olmaqla, ümumilikdə 29 nəfər həlak olub.Rusiya Müdafiə Nazirliyinin qəza ilə bağlı yaydığı ilkin məlumata görə, martın 31-də Moskva vaxtı ilə saat 18:00 radələrində Krım yarımadası üzərində planlaşdırılmış uçuş həyata keçirilərkən “An-26” təyyarəsi ilə əlaqə kəsilib. Axtarış-xilasetmə qrupu qəza yerini müəyyən edib. Hadisə yerindən daxil olan məlumatlara əsasən, göyərtədə olan bütün şəxslər həlak olmuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
50
modern.az

10Sources