EN

Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 2-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

XQ xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin bu münasibətlərin daha da möhkəmlənməsində əsas amil olduğu vurğulanıb.

Tərəflər ötən ilin dekabrında Bakı şəhərində keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının nəticələrini müsbət qiymətləndirərək, iqtisadiyyat, investisiya, enerji, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər, bir sıra istiqamətlərdə birgə layihələrin icra vəziyyətini nəzərdən keçiriblər.

Görüşdə həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub, təşkilatın üzv dövlətləri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Bu baxımdan Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin Hökumət Başçılarının/Vitse-Prezidentinin Görüşünün önəmi xüsusi qeyd edilib.

Chosen
2
24
xalqqazeti.az

10Sources