Alma yaxşı lif mənbəyidir (orta ölçülü bir alma 4,8 qram lif ehtiva edir). Lif həzm sisteminin fəaliyyətini dəstəkləyir, çəkiyə nəzarətə kömək edir və ümumi sağlamlığa müsbət təsir göstərir.
HİT.az xÉ™bÉ™r verir ki, lakin diuetoloq Syuzanna FiÅŸerin “Verywell Health” nəşrinÉ™ istinadÉ™n bildirdiyinÉ™ görÉ™, bÉ™zi meyvÉ™lÉ™rdÉ™ alma ilÉ™ müqayisÉ™dÉ™ eyni qÉ™dÉ™r, hÉ™tta daha çox lif mövcuddur.
1. Maraqya - 1 stəkan marakuyada 24,5 qram lif var. Bundan əlavə, marakuya A və C vitaminləri ilə zəngindir və göz, dəri və immun sisteminin sağlamlığını dəstəkləyir.
2. Quava - 1 stəkan quavada 8,9 qram lif mövcuddur. Tədqiqatlara əsasən, quava portağaldan daha çox C vitamini ehtiva edir.
3. Moruq - 1 stəkan moruqda 8 qram lif var. Araşdırmalar göstərir ki, moruq alma və armuddan belə daha çox lif ehtiva edir. Bu giləmeyvə antioksidantlar, vitaminlər və minerallarla zəngindir.
4. BöyürtkÉ™n - 1 stÉ™kan böyürtkÉ™ndÉ™ 7,6 qram lif mövcuddur. BöyürtkÉ™n yüksÉ™k antioksidant, vitamin, mineral vÉ™ lif tÉ™rkibinÉ™ görÉ™ “super qida” hesab olunur.
5. Yabanı qaragilə - 1 stəkan porsiyada 6,2 qram lif var. Bu meyvə mağazalarda satılan növlərlə müqayisədə daha çox antioksidant və lif ehtiva edir. Həmçinin C və K vitaminləri ilə, eləcə də flavonoidlər kimi antioksidantlarla zəngindir.
6. Armud - Orta ölçülü bir armud 5,5 qram lif ehtiva edir. Armud alma ilə müqayisədə daha çox liflə zəngindir və C vitamini mənbəyidir. Dietoloqlar konservləşdirilmiş armudun yüksək şəkər tərkibinə görə tövsiyə olunmadığını bildirirlər.
7. Kivi - 1 stəkan kividə 5,4 qram lif var. Kivi C vitamini ilə zəngindir. İki kiçik kivi alma ilə müqayisədə iki dəfə daha çox lif verə bilər. Kivinin qabığı ilə birlikdə yeyilməsi lif miqdarını təxminən 50% artırır.
8. Qreypfrut - Bir qreypfrutda 5 qram lif mövcuddur. O, A və C vitaminləri, minerallar və yüksək su tərkibi ilə seçilir, yağ tərkibi isə çox aşağıdır.
9. Avokado - Yarım stəkan avokadoda 5 qram lif var. Avokado adətən meyvə kimi düşünülməsə də, liflə zəngin məhsuldur. Bundan əlavə, az karbohidratlıdır və E vitamini ilə ürək üçün faydalı yağlarla zəngindir.
Samir