EN

“Zəfərə gedən yolda ilk uğurlu sınaq”

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

“Aprel döyüşləri, heç şübhəsiz ki, böyük Zəfərə gedən yolumuzda ilk uğurlu sınağımız oldu”.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov XalqCəbhəsi.az-a açıqlamasında deyib.

Deputat qeyd edib ki, texniki baxımdan Aprel döyüşlərində Azərbaycan Ordusunun döyüş qabiliyyəti, ən müasir silah və sursatların, xüsusən 6-cı nəsil hərbi texnologiyaların yerli şəraitdə, real müharibə zəminində tətbiqi baxımından yoxlanılması imkanı əldə olundu: “Mənəvi baxımdan isə bu əməliyyatlar Azərbaycan insanının əzmi və milli vəhdətinin sınağı üçün mühüm mərhələ idi.Biz xalq olaraq bu sınaqdan üzüağ çıxdıq. 25 il sonra, nəhayət ki, o zaman hələ də işğalda olan ərazilərimizin bir qismini işğaldan azad etdik, Böyük Qayıdışın ilk mini formatını reallaşdırdıq, Cocuq Mərcanlı misalında işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə nələr edə biləcəyimizi göstərdik”.

Bəhruz Məhərrəmov vurğulayıb ki, Aprel döyüşləri Ermənistan hakimiyyətinin formalaşdırdığı “məğlubedilməzlik” mifini darmadağın etdi:

“2016-cı ilin aprelinə qədər Ermənistanda belə bir fikir var idi ki, heç kəs Ohanyan səddini keçə bilməz. Amma Azərbaycan hərbçisi bunu bir neçə saata etdi. Aprel qələbəmiz Ermənistanda mövcud olan xunta rejiminin dayaqlarını ciddi şəkildə sarsıtdı. Bu baxımdan Aprel döyüşlərinə yalnız uğurlu hərbi əməliyyat kimi yanaşmaq doğru olmaz.

Biz bu hadisəyə İlham Əliyev tərəfindən reallaşdırılan və regionun taleyini dəyişən mürəkkəb hərbi-siyasi proses kimi baxmalıyıq.Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində əldə olunan zəfərin, eləcə də bu qələbələrin yaratdığı yeni reallıqların və formalaşan sülh gündəliyinin əsasını məhz Aprel döyüşləri qoydu.

Bu mənada, Aprel qələbəsi yalnız hərbi uğur deyil, həm də region üçün yeni geosiyasi reallıqlara yol açan tarixi proseslərin başlanğıc mərhələsi kimi qiymətləndirilməlidir”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
icma.az

1Sources