Müəllimənin sinifdə şagirdlərinə "V" və "W" hərflərinin tələffüzünü izah etdiyi anlar sosial mediada böyük marağa səbəb olub.
Bakıvaxtı.az xÉ™bÉ™r verir ki, dÉ™rsin É™ylÉ™ncÉ™li keçmÉ™si diqqÉ™t çəksÉ™ dÉ™, müəllimÉ™nin geyimi müzakirÉ™lÉ™rin mÉ™rkÉ™zinÉ™ çevrilib.Â
İstifadəçilərin bir qismi dərsin izahını yüksək qiymətləndirsə də, digərləri təhsil mühitində diqqəti yayındıran amillərə qarşı həssas olmağın vacibliyini müdafiə ediblər.
Görüntülərdə müəllimənin iki hərf arasındakı fərqi vurğulamaq üçün təkrar etdiyi və şagirdlərin də bu tələffüzləri yüksək səslə təkrarladığı görünür. Sinifdəki enerjili atmosfer və şagirdlərin dərsdə fəal iştirakı izləyicilər tərəfindən müsbət qarşılanıb.
Qeyd edək ki, görüntülər Türkiyədə lentə alınıb./Milli.az