EN

Vito larla rayona getmək dövrü bitir? Yeni qanun

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişikliklər sərnişin daşımaları sahəsində həm təhlükəsizlik, həm də xidmət keyfiyyətini artırmaq məqsədilə tətbiq olunur. Qanun sürücülərin sağlamlıq vəziyyətinə, texniki nəzarətə və sığorta tələblərinə ciddi yanaşmanı nəzərdə tutur. Eyni zamanda, bu yeniliklər daşıyıcılar üçün əlavə xərclər yaradır ki, bu da qiymətlərə təsir göstərə bilər və rayona gedən avtobusların fəaliyyətini də tənzimləyə bilər.Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.O deyib ki, bu dəyişiklik nəqliyyat sektorunda əsasən sərnişin daşınmasının daha təhlükəsiz və keyfiyyətli olmasını təmin edəcək:“Bu günə qədər qeydiyyatdan keçmiş şirkət və şəxslərə bu qanun aid deyil. Lakin martın 31-dən sonra bu istiqamətdə fəaliyyət göstərmək istəyənlərə şamil olunacaq. Bu tələblər o qədər də böyük xərc tələb edən məsələlər deyil. Ona görə də düşünmürəm ki, hazırda fəaliyyət göstərən daşıyıcı şirkətlər sıradan çıxsın, fəaliyyətini dayandırsın və ya qeyri-müntəzəm sərnişin daşınması ilə məşğul olan sürücülər bu işdən uzaqlaşsın. Qeyd etdiyim kimi, martın 31-dək fəaliyyət göstərənlərə bu qaydalar şamil olunmur, yalnız həmin tarixdən sonra qeydiyyatdan keçənlərə tətbiq edilir. Burada əsas məsələ nəqliyyat vasitələrinin sığortalanmasıdır. Çünki nəqliyyat vasitəsi sığortalanırsa, sürücü də sığortalanmış olur. Eyni zamanda sürücünün sərxoşluq vəziyyətinin yoxlanılması da sərnişinlərin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”.Yeni tələblər arasında sərnişinlərin təhlükəsizliyi üçün ən kritik məqam sürücülərin sərxoşluq vəziyyətinin mütəmadi yoxlanılmasıdır. Bu mexanizm həm şəhərdaxili, həm də rayonlararası avtobus reyslərində intizamı bərpa etməyə imkan verəcək. Ekspert hesab edir ki, tələb olunan maliyyə xərcləri daşıyıcılar üçün elə də ağır yük deyil. Buna görə də fəaliyyətdə olan şirkətlərin sıradan çıxması və ya sürücülərin bu işdən uzaqlaşması ehtimalı olduqca aşağıdır.Əsas yeniliklərdən biri də sığorta sisteminin daha işlək vəziyyətə gətirilməsidir. Avtomobilin sığortalanması həm də sürücü və sərnişinlərin həyatının sosial müdafiəsi deməkdir. Bu addımlar gələcəkdə qeyri-müntəzəm daşımaların, xüsusilə də qanunsuz taksi və avtobus fəaliyyətinin qarşısını alaraq, bazarı daha şəffaf və peşəkar bir müstəviyə daşıyacaq.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
demokrat.az

1Sources