EN

“İranın bütün ümidi bu silaha qalıb”

“ABŞ və İsrailin hücumları İranın hərbi potensialına ciddi zərbə vurub”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, müttəfiqlərin hücumları İranı faktiki olaraq donanmasız qoyub:

“ABŞ və İsrailin ardıcıl hücumları nəticəsində İran demək olar ki, Hərbi Dəniz Donanmasını itirib. Bu ölkənin Hərbi Hava Qüvvələri də əhəmiyyətli miqyasda sıradan çıxarılıb. İranın ümidi yalnız raketlərə qalıb. Məhz raketlər hesabına İran qarşı tərəfə zərbələr endirir, hələ də müqavimət göstərməkdə davam edir. Lakin bu raketlərin ehtiyatının nə qədər olması məlum deyil. Əgər İranın raket ehtiyatı kifayət qədər varsa, o zaman hələ bəlli bir müddət müqavimət göstərməkdə davam edəcək”.

Seymur ƏLİYEV

Chosen
4
1
moderator.az

2Sources