EN

Ali Məhkəmə Tofiq Yaqublu barədəQƏRAR VERDİ

Bu gün Ali Məhkəmədə Milli Şuranın üzvü Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb.

 

Senzor.az bildirir ki, bu barədə məlumatı T.Yaqublunun qızı Nigar Həzi ictimailəşdirib.

 

O bildirib ki, T.Yaqublunun şikayəti üzrə işə Ali Məhkəmənin hakimi İlqar Qılıcov baxlb. Tofiq Yaqublu barədə qərar qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilib.

 

Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

Chosen
2
20
senzor.az

10Sources