EN

Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu

Lisenziyası ləğv edilmiş “Texnikabank”ın Bakı filialının rəhbəri olmuş Zal Yusifova məxsus Binəqədi rayonu ərazisində yerləşən dəbdəbəli villa ilə bağlı yekun qərar çıxarılıb.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, məsələyə yekun olaraq Ali Məhkəmədə baxılıb.

Kassasiya şikayətini isə villanı kağız üzərində “alan” Ramil Mahmudov verib. O, 2019-cu ildə Zal Yusifovun oğlu İslam Yusifovla alqı-satqı müqaviləsinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən etibarsız hesab olunmasına dair çıxarılan qərara etiraz edib.

Məlumat üçün bildirək ki, Ramil Mahmudov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Namiq Məmmədovun xalası oğludur. İddialara görə, Baş Prokurorluqda məsul vəzifədə çalışan Namiq Məmmədov İslam Yusifovla yaxın dost və biznes əlaqələri olduğu üçün ona dolayısı ilə dəstək verib. N.Məmmədov Zal Yusifovun “Texnikabank”da işləyərkən cinayət yolu ilə əldə etdiyi pullar hesabına inşa etdirdiyi villanı xalası oğlunun adına alqı-satqı etdirməklə Yusifovlar ailəsinə böyük bir jest edib. Əslində isə villanın Namiq Məmmədovun özü üçün aldığı bildirilir.

Maraqlıdır ki, üzərindən 7 il keçməsinə baxmayaraq, evdə hələ də Yusifovlar ailəsi yaşayır. Ramil Mahmudovun yaşadığı ev isə Masazırda yerləşir. Qiyməti 900 min manat civarında olan villa göstəriş, müsadirədə yayınmaq üçün Ramil Mahmudova 300 min manata “satılmışdı”.

Chosen
25
5
publika.az

7Sources