EN

İranda Saxarov mükafatının laureatı olan vəkil həbs olundu

Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda İranda beynəlxalq nüfuzlu vəkil Nəsrin Sütudə həbs olunub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vəkilin qızı Məhrəvi Xəndan öz “Instagram” səhifəsində yazıb.

“Anamı ötən gecə (aprelin 1-də) evdə tək olarkən həbs ediblər”, - o yazıb.

Digər təfərrüatlar açıqlanmır.

İnsan haqqları müdafiəçiləri İran dövlətini İsrailə və ABŞ ilə müharibə fonunda vətəndaş cəmiyyətinə qarşı təqibləri sərtləşdirməkdə ittiham edir.

Sütudə Avropa Parlamentinin 2012-ci ildə Saxarov Mükafatı və 2020-ci il “Right Livelihood” mükafatı da daxil olmaqla bir sıra beynəlxalq mükafatların laureatı olub, fəaliyyəti ilə əlaqədar keçmişdə dəfələrlə həbs olunub. Onun həyat yoldaşı Reza Xəndan isə 2024-cü ilin dekabrından bəri həbsdə saxlanılır.

Chosen
53
41
unikal.az

10Sources