EN

Ömrü 4 il uzadan vərdiş

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Britaniyanın Londonun İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (London School of Economics and Political Science (LSE)) alimləri müəyyən ediblər ki, hər gün təxminən yeddi saat yatmaq ömrü ən azı 4 il uzada bilər. Bu barədə Daily Mail nəşri yazıb. Araşdırma çərçivəsində iştirakçıların ümumilikdə 47 milyon gecəlik yuxu məlumatı təhlil olunub. Nəticələr göstərib ki, sabit yuxu rejiminə riayət etmək ümumi ölüm riskini 24%, hospitalizasiya hallarını isə 7% azaldır. Alimlərin sözlərinə görə, bu vərdişlərin erkən yaşlardan formalaşdırılması daha böyük fayda verir. Tədqiqatda ömür uzunluğunu artırmaq üçün “7:1 qaydası” da irəli sürülüb. Bu qaydaya əsasən, insan gündə təxminən yeddi saat yatmalı və həftədə azı beş gecə eyni vaxtda yatmağa getməlidir. Araşdırma həmçinin göstərib ki, gündə altı saatdan az yatan insanlarda erkən ölüm riski yeddi-səkkiz saat yatanlarla müqayisədə 20% daha yüksəkdir. Mütəxəssislər vurğulayıblar ki, effektiv nəticə üçün yuxu rejiminin sabitliyi vacibdir. Onlar hətta həftəsonları belə eyni vaxtda yatıb oyanmağı tövsiyə edirlər. Röya Əliyeva

AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
azvision.az

1Sources