EN

Yüksək Liqa: YARIMFİNALÇILAR BƏLLİ OLDU

Apasport portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün qadın voleybolçuların Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunları keçirilib.

Apasport.az xəbər verir ki, “Turan” komandası Tovuz OİK-də “Murov Az Terminal”ı, “DH Volley” isə Bakıda GİN-in Voleybol Mərkəzində “Azerreyl” klubunu qəbul edib.

İlk oyunda olduğu kimi, bu qarşılaşmalarda da “Turan” (3:0) və “DH Volley” (3:0) qalib gəliblər.

Beləliklə, 1/4 final mərhələsində hər iki oyunda qələbəq azanan “Turan” və “DH Volley” komandaları yarımfinala yüksəlib.

Qeyd edək ki, aprelin 3-də 1/4 final mərhələsi çərçivəsində “Milli Aviasiya Akademiyası” klubu “Abşeron”la, “Gəncə” isə UNEC komandası ilə cavab oyununa çıxacaq.

2 aprel 2026

Yüksək Liqa (qadınlar)

1/4 final, 2-ci oyun

“Turan” – “Murov Az Terminal” 3:0 (25:17, 25:19, 25:23)

“DH Volley” – “Azerreyl” 3:0 (25:17, 25:21, 25:17)

27 mart 2026

1/4 final, 1-ci oyun

“Murov Az Terminal” – “Turan” 0:3 (20:25, 18:25, 18:25)

“Azərreyl” – “DH Volley” 0:3 (14:25, 22:25, 19:25)

“Gəncə” və MAA ilk raundu qalib başa vurdu

Yüksək Liqa: XIX tura yekun vurulub

Yüksək Liqa: “Murov Az Terminal” və “Ordu”dan qələbə

Bu gün XIX tura start veriləcək

Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
1
apasport.az

2Sources