EN

SEPAH: "Amazon"un Bəhreyndəki bulud hesablama mərkəzi məhv edilib

SEPAH: "Amazon"un Bəhreyndəki bulud hesablama mərkəzi məhv edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin hücumlarına cavab olaraq, Amerikanın elektron ticarət nəhəngi olan "Amazon" şirkətinin Bəhreyndəki bulud hesablama mərkəzini hədəf aldığını açıqlayıb.

AFN.az xəbər verir ki, İran mediasında yer alan rəsmi bəyanatda sözügedən mərkəzin İrana qarşı casusluq və terror fəaliyyətlərində istifadə edildiyi iddia olunaraq tamamilə sıradan çıxarıldığı bildirilir.

Məlumata görə, hücumdan sonra "Amazon" bölgədəki fəaliyyətlərini məhdudlaşdıraraq geri çəkilməyə başlayıb.

SEPAH rəsmiləri xəbərdarlıq ediblər ki, iranlı rəsmilərə qarşı sui-qəsd cəhdləri və təxribatlar davam edərsə, siyahıda adı keçən digər transmilli texnologiya şirkətləri də növbəti hədəf olacaq.

Chosen
95
afn.az

1Sources