Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Süni intellekt üzrə ixtisaslaşmış məsləhətçi, təlimçi Oya Geron bildirib ki, zaman qazancı əslində o mənada yoxdur. Mən davamlı olaraq bu prosesin içində olmalıyam. Yəni mən burada düyməyə basdım və buradan tez bir nəticə aldım- bu yanaşma yanlışdır. Çünki süni zəka öz təbiətinə görə “hallüsinasiyalar”a meyillidir, yəni yanlış məlumat istehsal etmək və səhv nəticələr çıxarmaq potensialı yüksəkdir.
İnsanlar yeni texnologiyalara, xüsusilə süni zəkaya həddindən artıq güvənməyə meylli olurlar. Bu asılılıq psixoloji olaraq nədən qaynaqlanır və belə hallarda, tənqidi düşüncəni qorumaq üçün nə etmək lazımdır?
Psixoloq Vüsalə Əmiraslanova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ünsiyyət xarakterli istifadə etdiyimiz süni intellektdən nə psixoloq, nə müəllim, nə həkim olaraq informasiya almamalıyıq: “Son dövrlərdə insanların süni zəka ilə daha çox informasiya alması, hətta ünsiyyət qurduğunu müşahidə edirik. Bu daha çox yeniyetmə və orta yaşlı insanlar arasında aktivdir. Təəssüflər olsun ki, bir psixoloq olaraq hər zaman bildiririk ki, ünsiyyət xarakterli istifadə etdiyimiz süni intellektdən nə psixoloji, nə müəllim, nə həkim olaraq informasiya almamalıyıq. Çünki hər 3 ixtisas real olaraq insanı görməyə, hiss etməyə və emosional olaraq ona empatiya hissini göstərməyə bağlıdır. Bizim insanlar düşünürlər ki, süni intellekt bizə daha dolğun məlumat verir, hətta öz şəxsi məlumatlarını süni intellektlə bölüşürlər. Bu da əfsuslar olsun ki, insanların ünsiyyət probleminin assosial və sosial fobiyalarının olduğunu göstərir. Bəzi şəbəkələrdən istifadə edən insanlar təkcə iş yox, şəxsi münasibətləri də orda bölüşür və şəxsi informasiyaları barədə məlumat ötürürlər. Belə insanlar ailədə daha az ünsiyyətdə olan, uzaq olan, “məni anlamırlar” düşüncəsində olan insanlardır. Burda yeniyetmə və orta yaşlı insanlar daha çox üstünlük təşkil edir. Amma böyük insanlar süni intellektdən daha çox işi, gələcək karyerası ilə bağlı istifadə edir ki, bu da doğru olandır.
Hər zaman bildirirəm ki, tənha insan, insanlardan ünsiyyətdən qaçan və daha çox nəzakətli davranışa, ona qarşı diqqət, qayğı istəyən insanlar süni intellektlə daha çox ünsiyyət qurmağa meylli olurlar və həmçinin şəxsi məlumatlarını da rahat bölüşürlər. Çünki insan nə qədər əsəbi olsa da, süni intellektdən mənfi cavab almır. Onlar bu davranışı insanlarda görməyəndə bu zaman təəssüf ki, süni intellektə daha çox bağlı olurlar”.
Günel Həsənova, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.