EN

İran ordusu: ABŞ-a məxsus metal sənayesi müəssisələrini vurduq

İran ordusu: ABŞ-a məxsus metal sənayesi müəssisələrini vurduq

İran ordusu ABŞ və İsrailin ölkənin sənaye infrastrukturuna yönəlmiş hücumlarına cavab olaraq, regiondakı ABŞ-a məxsus metal sənayesi obyektlərinin raket zərbələri ilə vurulduğunu elan edib. 

AFN.az xəbər verir ki, İran ordusunun müharibəni idarə edən bölməsi olan "Xatəmul-Ənbiya" mərkəzi qərargahı "Həqiqi Vədə 4" əməliyyatının 90-cı dalğası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) ABŞ-a aid metal sənayesi müəssisələri və Bəhreyndə yerləşən alüminium zavodlarının raket və PUA-larla hədəf alındığını bildirib.

İran tərəfi bu hücumlarda çox sayda ABŞ hərbçisinin öldüyünü iddia edərək, vurulan ərazilərdə intensiv təcili yardım hərəkətliliyinin müşahidə olunduğunu qeyd edib. Bəyanatda həmçinin xəbərdarlıq edilib ki, İranın sənaye müəssisələrinə qarşı hücumlar təkrarlanacağı təqdirdə daha sərt qarşılıq veriləcək.

Hazırda ABŞ və regional müttəfiqləri tərəfindən iddia edilən itkilər barədə rəsmi təsdiq gözlənilir.

Chosen
37
50
afn.az

10Sources