EN

Şəhriyar yenə öndədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprel ayı üzrə yeni reytinq siyahısını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan şahmatçıları arasında ən yüksək göstərici Şəhriyar Məmmədyarova məxsusdu.

40 yaşlı qrosmeyster 2715 xalla dünya reytinqində 27-ci pillədə qərarlaşıb. Teymur Rəcəbov 2698 xalla 37-ci, Aydın Süleymanlı 2653 xalla 64-cü, Eltac Səfərli 2648 xalla 67-ci, Rauf Məmmədov isə 2636 xalla 87-ci sıradadı.

Qadın şahmatçılar arasında Ülviyyə Fətəliyeva 2431 xalla 29-cu pilləyə yüksəlib. Günay Məmmədzadə 2374 xalla 64-cü, Gövhər Beydullayeva 2358 xalla 85-ci, Xanım Balacayeva isə 2350 xalla 92-ci yerdə qərarlaşıb.

Chosen
30
1
football-plus.az

2Sources