EN

Neftin qiyməti 2008-ci ilin rekord həddini keçdi

Dated Brent 2008-ci ildən bəri ilk dəfə 140 dolları ötərək bazarda gərginlik yaradıb...

Fiziki neftin qiyməti kimi tanınan Dated Brent markası 2008-ci ildən bəri ilk dəfə olaraq 140 dollar həddini keçərək bir barel üçün 141,37 dollara çatıb.

Poliqon xəbər verir ki,bu barədə Bloomberg və S&P Global məlumat yayıb.

Məlumata görə, qiymətlərin kəskin artımı əsasən real neft tədarükündə yaranmış ciddi çatışmazlıq və Yaxın Şərqdə davam edən böhran fonunda logistika zəncirlərindəki pozuntularla əlaqələndirilir. Analitiklər qeyd edirlər ki, fiziki bazarda təklifin azalması qiymətlərə birbaşa təsir göstərir.

Bildirilib ki, fyuçers bazarında qiymətlər hələ də fiziki bazardan aşağı səviyyədə qalır. Lakin ekspertlər vurğulayırlar ki, məhz fiziki neft bazarında müşahidə olunan bu kəskin artım panika əhval-ruhiyyəsinin formalaşdığını göstərir.

Mütəxəssislərin fikrincə, mövcud vəziyyət enerji bazarlarında qeyri-sabitliyin artmasına səbəb olur və bu, qlobal iqtisadiyyat üçün əlavə risklər yaradır. Xüsusilə, neftin bahalaşması inflyasiyanın yüksəlməsi, nəqliyyat və istehsal xərclərinin artması kimi zəncirvari təsirlərə yol aça bilər.

Poliqon.info

Chosen
72
poliqon.info

1Sources