İran Xarici İşlər naziri Abbas Araqçi ABŞ prezidenti Donald Tramp tərəfindən səsləndirilən “İranı daş dövrünə qaytarmaq” təhdidinə kəskin reaksiya verib.
Araqçi bildirib ki, Yaxın Şərqdə daş dövründə nə neft, nə də qaz hasil olunurdu və bu kontekstdə Trampın açıqlaması ciddi suallar doğurur.
Nazirin sözlərinə görə, ABŞ rəhbərliyi və onu hakimiyyətə gətirən qüvvələr doğrudanmı regionu geri aparmaq istəyir:
“Daş dövründə Yaxın Şərqdə nə neft var idi, nə də qaz. Tramp və onu hakimiyyətə gətirən amerikalılar əmindirlərmi ki, zamanı geri qaytarmaq istəyirlər?”.
Musavat.com