EN

Varlılar dövlətləri talayır: 3,5 trilyon dollar vergidən yayındırılıb

Qlobal miqyasda vergi yayınma ilə bağlı yeni hesabat diqqət çəkir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Britaniyanın Oxfam təşkilatının hesablamalarına görə, dünyanın ən varlı şəxsləri ofşor zonalarda təxminən 3,55 trilyon dollar vəsaiti gizlədir.

Məlumata görə, 2024-cü il üzrə bu məbləğ dünya ÜDM-nin təxminən 3,2 faizinə (təxminən 111 trilyon dollar) bərabərdir. Müqayisə üçün qeyd olunur ki, bu rəqəm Fransanın iqtisadiyyatından daha böyükdür və ən az inkişaf etmiş 44 ölkənin ümumi ÜDM-ni iki dəfədən çox üstələyir.

Hesabata əsasən, bu vəsaitlərin böyük hissəsi çox kiçik bir qrupun əlində cəmlənib. Belə ki, vəsaitlərin təxminən 80 faizi dünya əhalisinin 0,1 faizinə, demək olar ki, yarısı isə cəmi 0,01 faizinə məxsusdur.

Oxfam qeyd edir ki, bu, təkcə vergi yayınması deyil, həm də ciddi sosial bərabərsizlik problemidir. Çünki dövlət büdcələri bu səbəbdən səhiyyə və təhsil kimi sahələr üçün kifayət qədər vəsait toplaya bilmir və maliyyə yükü əsasən adi vətəndaşların üzərinə düşür.

 

Musavat.com

Chosen
77
musavat.com

1Sources