EN

Azərbaycanda ən populyar internet-brauzerinin adı açıqlanıb

Bakı.Trend:

Bu ilin mart ayında "Google Chrome" internet brauzeriAzərbaycanda istifadəçilər arasında populyarlıq üzrə 66,7 faizpayla liderliyini qoruyub saxlayıb.

Trend bu barədə"Global Stats" statistika mərkəzinə istinadən məlumat verir.

Bildirilir ki, "Google Chrome"un bazar payı əvvəlki aylamüqayisədə 2,2 faiz bəndi azalıb.

Bu müddət ərzində "Safari" internet brauzerinin Azərbaycanbazarındakı payı 17,9 faiz təşkil edib (1,44 faiz bəndi artıb).

Hesabat dövründə "Edge" internet brauzerinin bazar payı 0,35faiz bəndi artaraq 5,79 faizə çatıb.

Siyahıda növbəti yeri "Firefox" internet brauzeri tutub. Beləki, bu brauzerin Azərbaycan bazarındakı payı 0,04 faiz bəndiartaraq 2,33 faiz təşkil edib.

Bu dövrdə "Samsung" internet brauzerinin payı 0,04 faiz bəndiartaraq 2,06 faizə yüksəlib, "Opera" brauzerinin payı isə 0,21 faizbəndi artaraq 2 faizə çatıb.

Bu ilin mart ayında "Android" internet brauzerinin payı 0,1 faizbəndi azalaraq 0,3 faiz təşkil edib.

Məqalədə:
Chosen
48
6
az.trend.az

7Sources