EN

Rəsmi Tokio Rusiya ilə bağlı məlumatı təkzib etdi

Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara Yaponiya hökumətinin may ayında Rusiyaya iqtisadi nümayəndə heyəti göndərməyi planlaşdırdığı barədə mediada yayılan məlumatları təkzib edib.

Musavat.com xəbər verir ki,  o, mətbuat konfransında Kyodo xəbər agentliyinin əvvəlki xəbəri ilə bağlı suala cavab olaraq məlumatı yalan adlandırıb: "Rusiyaya iqtisadi nümayəndə heyətinin planlaşdırıldığı barədə məlumatlardan xəbərdarıq. Bunun doğru olub-olmadığına gəldikdə isə, bu, doğru deyil".

Hökumət nümayəndəsi əlavə edib ki, "Yaponiya hökuməti Rusiyaya qarşı sanksiyaları davam etdirəcək və Rusiyada artıq fəaliyyət göstərən yapon şirkətlərinə dəstək verəcək".

Xatırladaq ki, dqnən Kyodo xəbər agentliyi mənbələrə istinadən Yaponiya hökumətinin may ayında Rusiyaya nümayəndə heyəti göndərməyi planlaşdırdığını, heyətə Mitsubishi, Mitsui və Mitsui O.S.K. Lines də daxil olmaqla, böyük şirkətlərin top menecerlərini qatmağa hazırlaşdığına dair məlumat yayıb.

Musavat.com

 

 

Chosen
32
musavat.com

1Sources