EN

“Xəzər-Lada” şirkətinə yeni sədr seçiləcək

16 may 2026-cı il, saat 12:00-da “Xəzər-Lada” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncaq Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesinin 16-cı kilometrliyində yerləşən cəmiyyətin inzibati binasının konfrans zalında baş tutacaqdır.

Yığıncağın gündəliyi:

İllik hesabatın təqdim olunması Təftiş komissiyasının illik aktının müzakirəsi ASC-nin prezidentinin (İdarə Heyətinin sədrinin) seçilməsi İdarə Heyətinin yeni tərkibinin seçilməsi Müşahidə Şurasının yeni tərkibinin seçilməsi Təftiş komissiyasının yeni tərkibinin seçilməsi Dividend və mükafatların verilməsi Kənar auditorun təsdiq edilməsi

Səhmdarlar yığıncağın gündəliyinə dair materiallarla cəmiyyətin mühasibatlığında tanış ola bilərlər.

Xatırladaq ki, “Xəzər-Lada” şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın “Avto-VAZ” şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur.

Chosen
29
banker.az

1Sources