EN

AFFA-nın Konfransı keçirilir

Bu gün AFFA-nın Hesabat Konfransı keçirilir.

Fanat.Az xəbər verir ki, saat 10:00-da başlayan tədbirdə AFFA prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, həmçinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edirlər.

Konfransda futbol ictimaiyyətinin tanınmış nümayəndələri də iştirak edirlər.

Tədbirdə AFFA-nın 2025-ci ildəki xərcləri açıqlanıb.

Milli assosiasiyanın hesabatında ötən il üçün xərclərin 49 milyon 110 min 811 manat olduğu açıqlanıb. Bunun 27 milyon 881 min 267 manatı milli komandalara, 8 milyon 128 min 465 manatı əməkhaqqı və ezamiyyə xərclərinə, 4 milyon 40 min 35 manatı hakimlər və hakim-inspektorlara, 2 milyon 441 min manatı oyunların təşkilinə xərclənib.

Bundan əlavə, qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, Region Liqası və digər turnirlərin keçirilməsi xərcləri 2 milyon 371 min 143 manat, VAR layihəsinin tətbiq olunmasına 978 min 200 manat, mühafizə xərcləri 556 min 437 manat, nəqliyyat xərcləri 472 min 940 manat, Kütləvi futbolun inkişafına 370 min 71 manat, aviabilet və hotel xərcləri 341 min 40 manat, digər xərclər 312 min 367 manat, Lisenziyalaşdırma və Maliyyə 267 min 630 manat, təsərrüfat xərcləri 214 min 94 manat, Marketinq və Sponsorluq Departamenti 208 min 220 manat, "Elit Məşq" Layihəsi 185 min 996 manat, təhsil 179 min 806 manat, kommunal və rabitə xərcləri 162 min 100 manat olub.

Qeyd edək ki, klublarımızın Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim inspektorların qarşılanması xərcləri də həmin məbləğə daxildir.

Chosen
5
13
fanat.az

10Sources