EN

ABŞ ordusunda istefalar: 3 general vəzifədən çıxarıldı

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ Quru Qoşunlarının qərargah rəisi, general Rendi Corc istefa verib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ hərbi nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell məlumat yayıb.

“Rendi Corc ABŞ Quru Qoşunlarının 41-ci qərargah rəisi vəzifəsindən ayrılır”, - Parnell bildirib.

Onun sözlərinə görə, general hərbi xidmətdən təqaüdə çıxır.

“Vaşinqton Post” qəzeti də mənbələrə istinadla yazıb ki, Pentaqon rəhbəri Pit Heqsett ABŞ ordusunun daha iki yüksək vəzifəli komandirini işdən çıxarıb.

Qəzetin verdiyi məlumata görə, ABŞ ordusunun Transformasiya və Təlim Komandanlığının rəisi general Devid Hodne və ordu kapellanları korpusunun rəisi general-mayor Uilyam Qrin vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, ABŞ hərbi naziri Pit Heqset Baş Qərargah rəisi general Rendi Corcun istefa verməsini də istəmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
axar.az

1Sources