EN

Azərkosmos ilə Viasat arasında aviasiya üçün uçuşdaxili internet xidmətləri üzrə tərəfdaşlıq sazişi imzalanıb

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərkosmos və dünyanın aparıcı peyk rabitəsi şirkətlərindən biri olan Viasat Inc. arasında uçuş zamanı internet xidmətlərin (IFC – In-Flight Connectivity) göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən Viasat və Azərkosmos Azərbaycan ərazisində fəaliyyət göstərən hava yollarına müasir, yüksək sürətli və etibarlı uçuşdaxili internet xidmətlərini təqdim edərək müştəri və tərəfdaşlara daha effektiv xidmət göstərəcək.

Bu razılaşma rəqəmsal xidmətlərin genişlənməsinə, hava nəqliyyatında rabitə imkanlarının gücləndirilməsinə və sərnişin təcrübəsinin daha da inkişaf etdirilməsinə töhfə verəcək.

Həmçinin tərəfdaşlar arasında  Daşkənddə keçirilən Kosmik Texnologiyalar Konfransı (“STC 2026”) çərçivəsində işgüzar görüş keçirilib, müqavilənin təfərrüatları və gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
5
xalqqazeti.az

6Sources