Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ hakimiyyət orqanları Bolqarıstandan ABŞ-a ekstradə olunan rusiyalı Oleg Olşanski və Sergey İvinin ən azı 350 milyon dollar ödəməsini tələb edir.
Bizimyol.info xəbər verir ki, bu barədə Florida ştatının federal dairə məhkəməsinin elektron bazasına daxil edilmiş ittiham aktında bildirilib.
Federal prokurorluq Rusiyanın vətəndaşlarını ABŞ şirkəti ilə ABŞ sanksiya siyahısına daxil edilmiş rus qurumları arasında həyata keçirilmiş əməliyyatlarda iştirak etməkdə ittiham edir. Prokurorluğun versiyasına görə, rus qurumları ABŞ şirkətinə müxtəlif metal məhsulları üçün 350 milyon dollar dəyərində satış həyata keçiriblər.
İttiham aktında qeyd olunur ki, ABŞ hakimiyyət orqanları rusiyalıların ABŞ sanksiyalarını pozduğunu hesab edir və bu səbəbdən müvafiq məbləğin ödənilməsini tələb edir. “Müsadirə olunmalı əmlaka, digər şeylərlə yanaşı, cinayət yolu ilə əldə edilmiş gəlir olan 350 milyon dollar da daxildir,” – deyə prokurorluq bildirir.
İvin və Olşanski ötən il oktyabr ayında Vaşinqtonun tələbi ilə Bolqarıstanda saxlanılaraq ABŞ-a ekstradə ediliblər.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.